Sabah hava yağıntılı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Gecəyə doğru Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 2-7° isti olacaq. Bakıda gecə və gündüz 2-7° isti  olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767  mm civə sütununa enəcək.   Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.   

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma