Gizli müşahidə imkanlarından sui-istifadəyə qarşı hansı tədbirlər görülə bilər?


 Sui-istifadə hallarına asanlıqla yol aça və bütövlükdə demokratik cəmiyyət üçün zərərli nəticələrə səbəb ola bilən gizli müşahidə sahəsində prinsipcə bu tədbir üzərində nəzarətin hakimə həvalə olunması tövsiyə edilir, belə ki, məhkəmə nəzarəti prosesin müstəqil, qərəzsiz və düzgün şəkildə aparılmasına ən yaxşı zəmanətdir (Roman Zaxarov Rusiyaya qarşı, § 233; İrfan Güzel Türkiyəyə qarşı, § 96).

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tövsiyə olunur ki, müşahidə tədbirləri başa çatdıqdan sonra bu tədbirə xələl gətirmədən məlumatlandırma imkanı yaranan kimi müvafiq şəxsə onun barəsində müşahidə tədbirlərinin aparıldığı haqqında məlumat verilsin (Roman Zaxarov Rusiyaya qarşı, 287-ci və sonrakı bəndlər; İrfan Güzel Türkiyəyə qarşı, §98). 

Kommunikasiyaların dinlənilməsi üçün əsas təşkil etmiş qərardan şikayət edə bilməsi üçün ərizəçiyə həmin qərar barədə ən azı minimum məlumatlar, məsələn, onun qəbul edildiyi tarix və onu qəbul etmiş orqan haqqında informasiyalar təqdim edilməlidir (Roman Zaxarov Rusiyaya qarşı, 291-ci və sonrakı bəndlər; İrfan Güzel Türkiyəyə qarşı, §105).

Nəhayət, gizli müşahidə kontekstində Avropa Konvensiyasının 13-cü maddəsinin məqsədləri üçün “səmərəli hüquqi müdafiə vasitəsi” dedikdə, “istənilən gizli müşahidə sistemindən istifadənin məhdud xarakteri nəzərə alınmaqla səmərəli sayıla biləcək vasitə” nəzərdə tutulur (İrfan Güzel Türkiyəyə qarşı, § 99).

Gizli müşahidə tədbirləri haqqında qanunda hakimiyyətdən sui-istifadə edilməsinə qarşı ən
azı aşağıdakı minimal təminatlar nəzərdə tutulmalıdır: gizli müşahidə barədə qərar qəbul
edilməsinə səbəb ola biləcək hüquq pozuntularının xarakterinin anlayışı verilməli və
telefonları dinlənilə bilən şəxslərin kateqoriyaları göstərilməli; tədbirin tətbiqi müəyyən
müddətlə məhdudlaşmalı; əldə edilən məlumatların araşdırılması, istifadəsi və saxlanması
proseduru göstərilməli; məlumatlar digər tərəflərlə paylaşılarkən ehtiyat tədbirləri görülməli;
və qeydə alınmış məlumatların hansı hallarda silinməli və ya məhv edilməli olması
göstərilməlidir.

Bu haqda daha ətraflı məlumat ilə burada tanış ola bilərsiniz.

Leave a Reply