Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 8,4 milyon manatadək vəsait daxil olub

Fevral ayı ərzində 3 hərrac keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi, 3 kiçik dövlət müəssisəsi, 46 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 24 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 10 onlayn qoşulma reallaşıb.

Fevral ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6,62 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti ötən ay ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay ərzində ümumilikdə 264 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 95-i qeyri-yaşayış sahələri üzrə, 169-u isə torpaq sahələrinə dair olub. 2021-ci ilin fevral ayı ilə müqayisədə 172 ədəd və ya 2,9 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 1,74 milyon manatdan artıq vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, fevral ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8,4 milyon manata yaxın vəsait büdcəyə daxil olub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma