Azərbaycanda karantin qaydalarının yumşaldılması,bəzqadağaların aradan götürülməsi ictimai iaşə və xidmət sektorunda qiymət artımlarına səbəb olmayacaq.
TIME Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı Vüqar Bayramov yumşalmaların əsasən ictimai iaşə və eləcə də xidmət sektorunda fəallığın artmasına gətirib çıxaracağını və eyni zamanda bu sahədə dövriyyənin çoxalmasına səbəb olacağını qeyd edib:
“Bu yumşalmalar eyni zamanda turizm sektoruna müsbət təsir göstərəcək. Bu baxımdan gözlənilir ki, yumşalmalardan sonra daxili turizmdə artımlar olacaq. Lakin yumşalmalar ictimai iaşə və eləcə də xidmət sektorunda qiymətlərə elə də ciddi təsir göstərmir, çünki bu gün qiymətlərə xarici bazarlardakı qiymət artımları təsir edir”, – deyə deputat bildirib.
O əlavə edib ki,məhdudiyyətlərin yumşaldılması həmçinin məşğulluğun artmasına imkan yaradacaq: “Həm yeni iş yerləri açılacaq, həm də əvvəllər məhdudiyyətlər səbəbindən başlanan iş yerləri yenidən açlılacaq”.