İstifadə müddəti bitmiş qida məhsulları aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Yeni Daşkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Pirnəzərov Tural Məhəmmədəli oğluna məxsus “Lux” marketdə keçirilən yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulduğu və qida məhsullarının təhlükəsizliyinə riayət edilmədiyi aşkar edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, marketdə yararlılıq müddəti bitmiş qida məhsullarının (kolbasa, süd və süd məhsulları, qənnadı məmulatları) satışa çıxarıldığı, temperatur rejiminə riayət edilmədiyi,  sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, ərzaq məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı və digər nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma