“Bakcell”in yeni konsept mağazası Bərdədə – VİDEO/FOTO

Bərdə şəhərində “Bakcell”in yeni konsept mağazası açılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni mağaza tam olaraq müştəri yönümlü yanaşma üzərində qurulub.

Bərdə şəhəri, Ü.Hacıbəyli küçəsində (Hərbi Polis idarəsi ilə üzbəüz) yerləşən mağaza özündə müştəri xidməti və satış funksiyasını birləşdirir.

Burada Bərdə sakinlərinə şirkətin məhsul və xidmətlərinin tam çeşidi ilə yanaşı, mobil nömrələr və aksessuarlar təklif edilir.

Qeyd edək ki, bu, “Bakcell”in Azərbaycanın regionlarında açılmış ikinci konsept mağazasıdır. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma