Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib

Məlum olduğu kimi, ölkədə COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər çərçivəsində 2020-ci ilin may ayından etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilirdi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində müəyyən dəyişiklik edilib.

Belə ki, vergi ödəyiciləri 2022-ci il martın 9-dan etibarən həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma