Sulfat turşusu istehsalı müəssisəsində işlərin 85% tamamlanıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsində avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müəssisənin investisiya dəyəri 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 5 milyon dollar sərmayə qoyulub və işlərin 85%-i tamamlanıb.

Qeyd edək ki, “Azərsulfat” MMC-yə 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Leave a Reply Cancel reply