Pandemiya başa çatmaq üzrədir

Hazırda koronavirus ştamlarının insanlara daha az təsir göstərməklə daha qısamüddətli olduğunu görürük.

TIME Trend-ə istinadən bildirir ki, Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin rəhbəri Erhan Akdoğan, tarixə nəzər yetirdikdə əvvəlki pandemiyalar dönəmində də belə olduğu göründüyünü qeyd edib.

“Viruslar zəifləyərək aradan qalxıb. İndiki gedişat da ona işarə edir. Koronavirusun da artıq bir qrip halına döndüyünü, hazırda xəstəliyin daha asan keçdiyini görürük. Ancaq buna rəğmən, yaşlılar, xronik xəstəliyi olan insanlar və xəstəliyi ağır keçirə biləcək digər insanlarla bağlı diqqətli olmaq lazımdır”, – deyə E.Akdoğan vurğulayıb.

Leave a Reply