2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, I siniflərə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.
Qeyd edək ki, ötən il ümumtəhsil məktəblərinin I sinfinə 158 608 şagird gəbul olunub.