Bakı metrosu sərnişinləri “Hər yerdə teatr” layihəsi ilə qarşılayıb

Bu gün Bakı Metropoliteni sərnişinlərini Milli teatr günü ilə bağlı həyata keçirdiyi “Hər yerdə teatr” layihəsi ilə qarşılayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı metropolitenində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart Milli Teatr Gününə həsr olunmuş “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib.

Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları arasında “Bakı Metropoliteni” QSC ilə yanaşı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Gənclik Mall” da var.

Teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən “Hər yerdə teatr” layihəsi 10 Mart – Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyir.
Buna qədər sosial əhəmiyyətli tədbirlər sırasında milli təsvir, fotoqrafiya, sənətimizin nümunələri ilə ictimaiyyətin diqqətini sərgilərlə çəkən, eləcə də bayram günlərində sərnişinlərinə müxtəlif ədəbi-bədii proqramlar təşkil edən metropolitenin “İçərişəhər” stansiyasında başlanan budəfəki tədbirin də əhəmiyyəti xüsusidir. İlk dəfədir metropoliten stansiyasında qurulmuş səhnədə Azərbaycan teatr sənətinin incilərindən səhnələr nümayiş olunub. 

Tədbirdə Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib. 

Ümumən ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda-“İçərişəhər” stansiyasında və əyləncə mərkəzlərində teatrların iştirakı ilə təşkil olunan tədbir daha sonra “Sahil” stansiyasından “Gənclik” stansiyasına doğru hərəkət edən qatarda nümayiş olunan səhnəciklərlə də diqqəti çəkib və sərnişinlərə əsl teatr ab-havası yaşadılıb. 

Artıq rəsmi şəkildə 9 ildir ki, 10 mart tarixinin Milli Teatr Günü kimi qeyd olunmasına baxmayaraq, teatr sənətçilərinin peşə bayramı daha çox sənət adamlarını əhatə edir və geniş auditoriya hələ də belə bir bayramın varlığından xəbərsizdir. Çünki teatrlarımız, bir qayda olaraq, Milli Teatr Gününü kompakt şəkildə qeyd edir, həmin gün açıq qapı günləri təşkil edilir, teatr işçilərinin peşə bayramına həsr olunmuş müxtəlif lokal tədbirlərlə kifayətlənirlər. 

Ümumiyyətlə qeyd olunmalıdır ki, Azərbaycanda avropatipli peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir. Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur. 

Bakı metropolitenində və gün ərzində müxtəlif məkanlarda keçirilən “Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həştəqləri ilə çoxlu paylaşımlar edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma