Bədii film layihələrinə dəstək müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci ilin noyabr ayında elan etdiyi  “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi artıq yekunlaşıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqə tammetrajlı bədii film kateqoriyasında sərbəst mövzuda keçirilir və əsas məqsəd milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaqdır.

Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12 layihə növbəti mərhələyə – pitçinq mərhələsinə buraxılıb.

Pitçinq mərhələsinə keçən layihələr:

Layihənin adıTəqdim edən şirkət
1“Atalar və oğullar”“Buta film” MMC
2“Çovdar çörəyi”“Oksimedia” MMC
3“Əlvida, noyabr!”“Ultra Production” MMC
4“Qıfıl”“Nova Gorica” Kino Mərkəzi MMC
5“Martinin səyahəti”“Nova Gorica” Kino Mərkəzi MMC
6“Mavi sviterli adam”“Mandarin agency” Co
7“Müqəddəs inək”“Narimanfilm” MMC
8“Ölü Həsən”“Ultra Production” MMC
9“Özgə ağrı”“IR Production”
10“Özünlə müsahibə”“International Media Bridge” MMC
11“Şah İsmayılın xəzinəsi”“Breeze Motion Films” MMC
12“Uçurum”“Cinemedia” MMC

Müsabiqənin pitçinq mərhələsi 18 mart 2022-ci ildə saat 11.00-dan etibarən Dövlət Film Fondunda keçiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə təqdim edəcəklər. Bundan başqa, pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Yeri gəlmişkən, hər qalib layihəyə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.

Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakılardır:

Münsiflər heyətinin sədri: Oleq Səfərəliyev

Münsiflər heyətinin üzvləri: İlqar Fəhmi, Mehrban Ələkbərzadə, Asif Rüstəmov, Şamil Süleymanov, Nadir Əliyev, Hacıbala Səfərov.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma