Təhsil Nazirliyinin saytında yeni “Təqvim” bölməsi yaradılıb

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində yeni “Təqvim” bölməsini istifadəyə verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni bölmədə vətəndaşlar Təhsil Nazirliyinin il ərzində keçirəcəyi xidmətlər və tədbirlər barədə məlumat əldə edə, müvafiq olaraq onların başlama və bitmə tarixləri ilə tanış ola bilərlər.

Yeni bölmə ilboyu həyata keçiriləcək tədbirlərin tarixini əks etdirərək vətəndaşların tədbirin statusu ilə bağlı məlumat əldə etməsində faydalı olacaq.

Eyni zamanda bölmədə təhsil pilləsinə, statusuna, başlama və bitmə vaxtına görə tədbirin daha asan tapılması məqsədilə filter xidməti də əlavə olunub. Bölmədə qeyd olunan tədbirlərin vaxtı il ərzində prosesin gedişatı ilə bağlı olaraq dəyişə bilər. Bu məqsədlə hər hansı bir tədbirin vaxtından xəbərdar olmaq üçün vətəndaşların mütəmadi olaraq bölməyə nəzər yetirmələri tövsiyə edilir.

Bölmə ilə tanışlıq üçün bu keçiddən istifadə edə bilərsiniz:  https://edu.gov.az/az/calendar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma