DİM Sənəd Qəbulu Komissiyalarının yerləşdikləri ünvanları açıqlayıb

Ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan abituriyentlər martın 9-dan 17-dək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini SQK-larda təsdiq etdirə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məlum olduğu kimi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər, az sayda abituriyent Sənəd Qəbulu Komissiyasına (SQK) müraciət etməli olur. Əsasən, xarici ölkələrdə təhsil alan, Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci ildən əvvəl bitirən abituriyentlər SQK-ya müraciət etməli olurlar.

Ərizəsini SQK-da təsdiq etdirməli olan abituriyentlər martın 9-dan 17-dək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini aşağıdakı SQK-larda təsdiq etdirə bilərlər. Tələb olunan sənədlər barədə məlumat qəbul elanında dərc olunub.

Məlumat üçün bildirək ki, ötən il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə təqdim edən 86236 nəfərdən cəmi 3 minə yaxını ərizəsini SQK-da təsdiq elətdirib.

DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:

– Bakı ş., Nəsimi r., Abdulvahab Salamzadə küç., 28

– Bakı ş., Nərimanov r., Koroğlu Rəhimov küç., 108A

DİM-in Regional Bölmələri:

DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

(Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

(Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

(Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

(Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

(Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi

(Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

(Şəmkir ş., Bakı – Qazax şosesi, İnzibati bina –“west gate”).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma