AMEA: Zaporojye AES-in partlayışı Çernobıldanda güclü fəsadlar yaradar

Ukraynanın şərqində yerləşən və Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in ərazisində baş verən yanğın və ətrafında gedən atışmalar regionu ciddi təhlükə ilə üz-üzə qoyub.

TIME Trend-ə istinadən bildirir ki, AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, altı blokdan ibarət Zaporojye AES partlayarsa, onun fəsadları Çernobıl hadisələrindən daha güclü ola biləcəyini qeyd edib:

“Zaporojye AES-in nəinki özünün zədələnməsi, onun ətrafında baş verən hadisələr kifayət edir ki, atom reaktoru partlasın. Soyutma təchizatı zədələnərsə, reaktorda qəzanın baş verməsi qaçılmaz olacaq. Zaporojye AES Azərbaycandan uzaq olduğu üçün radiasiyanın ölkəmizdə yayılması az ehtimal olunur. Lakin Volqa-Don kanalı radiasiyanın təsirinə məruz qalarsa, dolayısı ilə ölkəmizə keçə bilər. Belə ki, Zaporojye AES Qara dənizə yaxındır. Qara dəniz radiasiya ilə çirklənərsə, bu Volqa çayına və Xəzərə keçə bilər. Zaporojye AES-də partlayış olarsa, bundan bütün Xəzər dənizi ətrafında yerləşən ölkələr hamısı ziyan çəkə bilər”, – deyə İ.Mustafayev bildirib.

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.

Trend-in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma