Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) illik ümumi iclasında təşkilatın idarə heyətinin yeni tərkibi seçilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, səsvermənin yekununda 10 nəfər iki il müddətinə AmCham-ın İdarə heyətinə seçilib.
Bundan başqa, Nərgiz Nəsrullayeva-Müdüroğlu Palatanın prezidenti seçilib.
Qeyd edək ki, AmCham 1996-cı ildən fəaliyyət göstərir. Hazırda Palatanın tərkibində 260 şirkət daxildir.