Nazirlər Kabinetinin qərarı ilə Təhsilin İnkişafı Fondu yaradılıb

Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda da dəyişiklik edib.

Dəyişikliyə əsasən, Təhsilin İnkişafı Fondu Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

Leave a Reply Cancel reply