SOCAR “Transgaz” ilə əməkdaşlıq haqda sənəd imzalayıb

SOCAR ilə Rumıniyanın “Transgaz” şirkəti arasında Qarşılıqlı Anlaşma haqda yeni sənəd imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məlumatı SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf şəxsi feysbuk hesabında paylaşıb. 

“Bu gün SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Rumıniyanın Energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüşdə enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi. Eyni zamanda SOCAR və Rumıniyanın “Transgaz” şirkəti arasında 2016-cı ildə imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun daha 6 il uzadılmasına dair sənəd imzalandı”, – deyə o feysbuk statusunda qeyd edib.

Leave a Reply Cancel reply