Propan qaz balonlarının istifadəsinə nəzarət gücləndirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə propan qaz balonlarının istifadəsinə qadağa qoyub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DYNX tərəfindən nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında bir sıra qeyri-yaşayış obyektlərində yanğın-texniki müayinələr keçirilib.

Müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, xüsusilə tələblərə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

Aşkar edilmiş qayda pozuntuları ilə bağlı obyektlərin cavabdeh şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib, təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair ərizələr alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma