Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları başlayıb

Bakıda, Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının təntənəli açılış mərasimi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mərasimdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü Youssef Al-Tabbaa iştirak ediblər. 

Yarış iştirakçılarını salamlayan gənclər və idman nazirinin müavini Mariana Vasileva ilk dəfə olaraq ənənəvi idman növlərindən olan akrobatika üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının Azərbaycanda təşkilinin sevindirici hal olduğunu bildirib. 

O, yarışların ölkəmizdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən “İdman həftəsi”nə təsadüf etməsini xoş hal kimi dəyərləndirib.

FIG-nin İcra Komitəsinin üzvü öz növbəsində idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. O, yarışların yüksək səviyyəli təşkilində zəhməti olan Yerli Təşkilat Komitəsinə və bütün könüllülərə təşəkkürünü bildirib. 

Qeyd edək ki, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları  martın 3-6-da Milli Gimnastika Arenasında keçiriləcək.

Ölkəmizdə ilk dəfə olaraq təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
 Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayırlar. 

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma