Apreldə keçiriləcək hərraclara dövlət nəqliyyat vasitələri çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5 və 7 aprel tarixlərində hərrac keçiriləcək. Aprelin 5-də keçiriləcək hərraca 13 nəqliyyat vasitəsi, 9 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, aprelin 7-də təşkil olunacaq hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 2002-2010-cu illər arasında dəyişir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və bölgələrdə yerləşir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz:   (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma