Sahibkarların məlumatlandırılması üçün mobil tətbiqlərdən istifadə genişləndirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumatlandırılması üçün müxtəlif tədbirlər və sahəvi görüşlər təşkil edir, elektron xidmətlərdən, mobil tətbiqlərdən istifadə genişləndirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadə edən biznes subyektlərinin sayının artması nəzərə alınaraq, KOB evlərində əlavə məlumatlandırma vasitələrinin tətbiqinə başlanılıb. Belə ki, KOB evlərində dövlət dəstəyi mexanizmlərinə dair QR kodlar yerləşdirilib.

KOB evlərinə müraciət edən sahibkarlar mobil telefonları vasitəsilə QR kodları oxutdurmaqla “Startap” şəhadətnaməsi, daxili bazar araşdırması, bazarlara çıxışa dəstək, KOB dostları, KOB inkişafı mərkəzləri, qrant müsabiqəsi və s. kimi dəstək və xidmətlər barədə ətraflı məlumat əldə edə bilərlər. 

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara 11 801 xidmət göstərilib ki, bunun 11 268-i “G2B” və 533-ü isə “B2B” xidmətlərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma