Robert Pattison ilə Betmen Bakıda böyük ekranlara qayıdıb – VİDEO

CinemaPlus kinoteatrlar şəbəkəsində 2 martdan, eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Film emosiyalar fırtınasına səbəb olacaq və sözün əsl mənasında nəfəsinizi kəsəcək. Filmdə “Betmen” onun əvvəllər göstərilmədiyi – detektiv kimi təqdim olunacaq. Ancaq qeyd etmək lazımdır ki, dediyimiz hər şey komikslərdə tapıla bilər. O, tarixin ən böyük detektivi ola bilərdi, lakin əvvəlki bütün filmlər buna diqqət yetirməmişdi. Mən Betmenin transformasiyadan keçməsini istərdim”, – filmin rejissoru bildirib.

Baş rollarda Robert Pattinson, Endi Serkis və Zoi Kravits.

 Film haqqında qısa məlumat: Şəhərdə elitaya qarşı bir sıra qəddar hücumlar baş verdikdə, sirli ipuçları Brus Ueyni yeraltı dünyasının ən qaranlıq guşələrinə aparır və burada o, Pişik Qadın, Pinqvin, Karmayn Falkon və Tapmacaçı ilə tanış olur. İndi silahın altında dostu düşməndən ayırmaq və Qothemdə ədaləti bərpa etmək məcburiyyətində qalan Betmen özüdür.

Qeyd etmək istəyirik ki, “Betmen” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma