Pasportu olmayanlar Ukraynadan Azərbaycana necə dönə bilərlər?

Pasportları olmayanların, sənədləri qaydasında olmayanların Vətənə dönməsi üçün qayıdış şəhadətnaməsinin verilməsi məsələsi qaldırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə onuda deyib ki, bu proses müəyyən qədər vaxt tələb edir.

Onun sözlərinə əsasən, Azərbaycan səfirliyi orada fəaliyyət göstərir və Ukraynadakı vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir: “Vətənə qayıdış şəhadətnəmələrinin tərtib edilməsinə vaxt lazımdır”.

XİN-in rəsmisi bildirib ki, bir qədər öncə Kiyevdən Moldova istiqamətinə daha bir qatar yola düşüb. Həmin qatarda təxliyə üçün 100 dən çox Azərbaycan vətəndaşı var.

L.Abdullayeva onuda qeyd edib ki, vətəndaşların təxliyə edilməsi birbaşa Prezident İlham Əliyevin nəzarətindədir və bundan sonra da təxliyyə tədbiləri davam etdiriləcək: “Ukraynadan Polşa sərhəddinə keçən Azərbaycan vətəndaşlarından təxliyə üçün həmin ölkədə olan səfirliyimizə məlumat vermələrini xahiş edirik”

L.Abdullayeva bildirib ki, Polşa sərhədində xeyli insan toplaşıb: “İnsanların çox olması səbəbindən Polşa hökuməti tərəfindən təşkil olunmuş avtobuslar vasitəsilə insanlar Polşanın digər şəhərlərinə aparılır. Vətəndaşlardan xahiş edirik ki, sərhədi keçdikdən sonra Azərbaycan səfirliyi ilə əlaqə saxlasınlar və öz yerləri barədə məlumat versinlər ki, növbəti təxliyə zamanı nəzərə alınsınlar”.

O qeyd edib ki, Azərbaycanın Moldova və Polşadakı səfirliklərinə əlavə diplomatlar ezam olunub. Hazırda Azərbaycan vətəndaşlarının təxliyəsi ilə əlaqədar gərgin iş aparılır.

L.Abdullayeva bildirib ki, Azərbaycanın Ukraynadakı Səfirliyi də fəaliyyətini davam etdirir. O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının təxliyəsi üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcək: “Bu gün gecə saatlarında 4-cü çarter reysi həyata keçirilərək Azərbaycan vətəndaşları Ukraynadan təxliyə ediləcək. 4-cü çarter reysi ilə 170-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək”.

Leave a Reply