1100 Azərbaycan vətəndaşı Kiyevdən Moldova sərhədinə yola salınıb

Bu gün 1100 Azərbaycan vətəndaşı Kiyevin dəmir yolu vağzalından qatarla Mogilyov-Podolsk şəhərinə yola salınıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikasının vətəndaşları üçün planlaşdırılan qatara minik biletsiz, canlı növbə əsasında həyata keçirilib.

Ukraynanın Vinnitsa vilayətinə daxil olan Mogilyov-Podolsk şəhəri Moldova ilə sərhəddə yerləşir. Son məntəqəyə çatdıqdan sonra vətəndaşlarımızın Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Onlar Moldova ərazisində yarana biləcək məsələlərlə bağlı Azərbaycan Respublikasının Moldovadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər:

+373 781 81 361
+373 789 91 849
+373 222 32 277
chisinau@mission.mfa.gov.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma