“Xaç atası” 50 il sonra… – VİDEO

“Xaç atası” 50 il sonra restavrasiyadan sonra kinosevərlərə Azərbaycanda kinoteatrda təqdim edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Xaç atası” ilk filminin 50 illik yubileyi şərəfinə Frensis Ford Koppolanın kriminal saqanın unudulmaz və möhtəşəm tədbiri keçirilib.

“Xaç atası” ən yaxşı film, ən yaxşı kişi rolu (Marlon Brando), ən yaxşı uyğunlaşdırılmış ssenari üzrə Oskar Mükafatını qazandı və 1972-ci ilin ən çox gəlir gətirən filmi oldu. Bu, həqiqətən də bütün zamanların ən dahi aktyor heyəti ilə kinematoqrafiyanın kult əsəridir.

“Xaç atası” filmində əsas rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan Kiton, Taliya Şayr, Riçard Kastellano və başqaları oynayıblar.

Bərpa üç il çəkdi. Bu müddət ərzində trilogiyada hər bir kadr üçün ən yaxşı təsviri tapmaq üçün 300 qutu kinoplyonka araşdırıldı. Ustalar neqativlərdən ləkələri aradan qaldırmaq və rəngi bərpa etmək üçün minlərlə saat sərf ediblər.

Tanınmış event-şirkəti “Orli” tədbirin sadiq pərəstişkarlarını ən yaxşı filmlərdən birinin inanılmaz ab-havasına qərq etdi.

Qonaqları Rzayeva Kübranın rəhbərlik etdiyi opera kvartet qarşılayıb.

Şou-biznes ulduzlarını, jurnalistləri, bloggerləri, sahibkarları və iri təşkilat rəhbərlərini aparıcı Elvin Mərdanov salamlayıb. Tədbirin yaddaqalan hissəsi tarda “Xaç atası”nın melodiyasını ifa edən Əli Əsgər Məmmədovun çıxışı oldu. Gecədə gözəl tanqo rəqsi ifa edən Fərid Mehdiyev və Diana Batakova da iştirak ediblər.

Dünya kinosunun ən yaxşı filmlərindən biri “Xaç atası. Filmin 50illiyi” fevralın 24-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma