Psixoloq Azra Kohen davamlı inkişaf və özünükəşf barədə danışacaq

Martın 8-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışında tanınmış yazıçı, psixoloq Azra Kohen qonaq olacaqyayımlanacaq. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, proqramın budəfəki qonağı tanınmış yazıçı, psixoloq, Türkiyə və İtaliyada bestsellerlər müəllifi Azra Kohen olacaq. Azra Kohen ilə davamlı inkişaf və özünükəşf barədə danışılacaq.

Azra Kohenin müəllifi olduğu “Fi”, “Çi”, “Pi”, “Məni gör”, “Aiden” kitabları Türkiyə və İtaliyada satış rekordları qırıb. Azra Kohenin müəllifi olduğu “Fi” kitabına film də çəkilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network”ün təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. 

Leave a Reply Cancel reply