Nikahdan kənar uşaqların hüquqlarının tanınması məsələsi gündəmə qətirilib

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2021-ci il üzrə məruzəsi hazırlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ombudsmanın məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2022-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.

İlkin məlumata əsasən məruzədə qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermədiyi qeyd edilib.

2021-ci il üzrə məruzədə Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma