“MilliÖn”-də balansa yüklədiyimiz vəsait kartda əks olunmadıqda nə edək?

MilliÖn terminalları vasitəsilə BakıKart ödəmə kartlarına vəsait yüklədikləri zaman bəzən vətəndaşlar problemlə üzləşirlər. Belə ki, ödəniş təsdiq edildiyi zaman sistemdə donmalar yaranır və vəsait balansa yatırılmır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ilk növbədə terminalların üzərində olan qaynar xətt ilə əlaqə saxlamaq, baş vermiş xəta ilə bağlı məlumatı bildirmək lazımdır.

Xəta müştərinin səhvi ucbatından deyil, texniki nasazlığa görə baş veribsə, vəsaitin ona geri qaytarılması mümkündür. Vəsaiti birbaşa MilliÖn ofisinə yaxınlaşaraq geri almaq olar və ya onu müştərinin kommunal və ya digər ödənişlərinə yönləndirə bulərlər.

Bundan başqa, müştəri pulu yerində də bərpa edə bilər. Bunun üçün o kartı oxucuya qoymadan terminalda “BakıKart” bölümünə daxil olmalıdır, “Bərpa et” düyməsini basaraq daha sonra kartı oxucuya qoymalıdır ki, vəsait onun balansına qaytarılsın. Sonda bu barədə müştəriyə qəbz verilir.

Leave a Reply