Gənclərin xaricdə təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aşağıdakı məsələlərin həlli tapşırılıb:

  • Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi
  • Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Leave a Reply