Azərbaycan Zelenskinin Rusiya ilə danışıqlara qatılmağa razı olduğu ölkələrdən biridir

Ukrayna prezidenti Vladimir Zelenski Turkiyyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya tərəfi ilə danışıqların keçirilməsi təşəbbüsü ilə çıxdıqlarına görə təşəkkür edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti xalqa müraciətində bildirib.

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etdik. Bu ümumiyyətlə Ukraynaya raketlərin uçmadığı istənilən digər şəhər də ola bilər”, – Vladimir Zelenski bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya nümayəndə heyətitinin Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Belarusa gəldiyini və danışıqların Qomel şəhərində planlaşdırıldığını bildirib.

Leave a Reply