Ukraynada olan Azərbaycan vətəndaşları ölkəni necə tərk edə bilərlər?

Moldova Respublikası və Polşa Respublikasından sonra Slovakiya Respublikası da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Slovakiya Respublikasına gedə bilər:
– Azərbaycan Respublikası vətəndaşlarının iki ölkə arasındakı Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə Slovakiya Respublikasına daxil olmaları mümkündür.
– Slovakiya tərəfi şəxslərin Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.
– Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması üçün Slovakiya Respublikasının aşağıdakı rəsmi qurumları ilə əlaqə saxlanıla bilər:

· Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi
Email: ladislav.chabrecek@minv.sk

Telefon: +4212961050730, +421905607843

· Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyi
Email: vladimir.simonak@mzv.sk

Telefon: +421259783080, +421918660332

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733 nömrələri ilə və vienna@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və chisinau@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

– Ukraynanın Polşa ilə olan Dorohusk-Jagodzin, Dolhobyczow-Uhrynow, Zosin-Ustyluh, Hrebenne-Rawa Ruska, Korczowa-Krakowiec, Medyka-Szeginie, Budomierz-Hruszew, Kroscienko-Smolnoca sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Polşa Respublikasının ərazisinə keçə bilər.
Sərhəd-keçid məntəqələri fasiləsiz çalışır və şəxslərin qəbulu ilə bağlı Polşa Hökumətinin +48 47 721 75 75 qaynar xətti ilə əlaqə saxlamaq olar.

Polşa tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Polşa tərəfinə etibarlı pasport və ya qayıdış şəhadətnaməsi ilə keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından viza tələb olunmayacaqdır, lakin həmin şəxslər Polşa ərazisində 15 gündən artıq qala bilməzlər.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi ilə +48 576 900 183, +48 22 718 30 70 nömrələri ilə və consul_warsaw@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir.

Leave a Reply Cancel reply