Yalçın Rzazadənin xatirə axşamı keçirilib – FOTO/VİDEO

Fevralın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli müğənni, Xalq artisti Yalçın Rzazadəyə həsr olunan xatirə axşamı keçirildi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək sənətkarın həyat və sənət yolundan söz açdı. Bildirdi ki, Yalçın Rzazadə ötən il dünyasını dəyişsə də, onun ifa etdiyi nəğmələr tamaşaçıların qəlbində əbədi yaşayacaq: “Yalçın Rzazadənin özünəməxsus ifa tərzi onun həqiqi sənətkar olduğunun göstəricisidir. Azərbaycan musiqi sənətinin ən parlaq nümayəndələrindən olan Yalçın Rzazadə bir çox görkəmli bəstəkarlarımızın mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb. Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Eldar Mansurov kimi bəstəkarlar onun üçün mahnılar bəstələyiblər. “Qayınana”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Gün keçdi” kimi filmlərimizə də Yalçın Rzazadə bənzərsiz  ifası ilə ölməzlik bəxş edib”.

Sonra Dövlət Mahnı Teatrının ansamblı və solistləri sənətkarın repertuarından olan mahnılardan ibarət konsert proqramı ilə çıxış etdilər.

Proqram Xalq artisti Salman Qəmbərovun fortepianoda müşayiəti ilə Emin Sabitoğlunun “Bakı, sabahın xeyir” mahnısı ilə başlandı. Konsert boyu “Taleyim mənim”, “Gəl barışaq”, “Durnalar”, “Şirin dil”, “Ay Laçın” və digər mahnılar səsləndirildi.

Solistlər Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat və Aynur İsgəndərli, Mətin Rzazadə, Xalq artistləri Heydər Anatollu, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Aygün Qurbanova ifaları ilə ötən illərin nəğmələrinə yeni nəfəs verdilər.

Yalçın Rzazadənin övladları Mətin və Orxan Rzazadələr atalarının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını ifadə etdilər.

Tədbirdə iştirak edən Əməkdar artist Nüşabə Ələsgərli sənətkarla bağlı xatirələrini KİV media nümayəndələri ilə bölüşdü: “Yalçın Rzazadə ilə bizim tanışlığımız 90-cı illərə təsadüf edir. Biz bir yerdə konsert proqramlarında çıxış etmişdik. O kübar, mədəni, ətrafındakılara sevgi ilə yanaşan bir insan idi. Tale elə gətirdi ki, Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda o bizim kafedranın müdiri idi. Biz bir yerdə on il çalışdıq. İşinə məsuliyyətli, tələbələrə qarşı tələbkar bir insan kimi yadımda qalıb. Geyimindən tutmuş repertuar seçiminə qədər ondan kübarlıq yağırdı. Onunla bir səhnəni bölüşdüyüm üçün özümü şanslı hiss edirəm…”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma