“Şuşa 270 il”, “Xarıbülbül” və velosiped turu – “Şuşa ili”nin Tədbirlər Planı təsdiqləndi

Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planını təsdiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Tədbirlər Planı ilə nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Leave a Reply