Qarabağda azərbaycanlıların daha bir kütləvi məzarlığı tapılıb

Ermənistan uzun müddət mina xəritələri oyunu oynadı, xəritələri vermədi. Beynəlxalq ictimaiyyətin təzyiqi, beynəlxalq məhkəmə təhlükəsinə görə 1 ildən sonra, ötən ilin dekabrında mina xəritələri verildi.

TIME bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.

O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyə qədər 37 nəfər həlak olmaqla, mina partlayışından 200 nəfərdən çox insan zərər çəkib.

“Digər ağır bir məsələ isə Birinci Qarabağ müharibəsindən bugünədək itkin düşən 3890 azərbaycanlının taleyinin məlum olmamasıdır. Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Azərbaycanın bu istiqamətdə çoxsaylı müraciətləri və haqlı olmağımız sübut olundu. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma