“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edildi

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınır. Dini qurumlar ianələri nağdsız ödənişlər və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

TIME Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Bununla yanaşı, Azərbaycanda dini qurumlar ianə edilən pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər.

Müzakirələrdən sonra dəyişiklikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Leave a Reply