Valideynlərin dini və fəlsəfi əqidələrinin açıqlanması şərt ola bilərmi?

Şəxsi və ailə həyatı ilə bağlı məlumatları açıqlamaq tələbi fikir, vicdan və din azadlığı kontekstində qeyri-qanuni sayıla bilər.

TIME Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, Avropa Konvensiyasının 9-cu maddəsi fikir, vicdan və din azadlığı məsələlərini tənzimləsə də, Avropa Məhkəməsi bu qənaətə gəlib ki, şəxsin dini və fəlsəfi əqidələrinin açıqlanmasının 8-ci maddəyə də aidiyyəti ola bilər, çünki belə əqidələr şəxsi həyatın ən intim aspektlərinin müəyyən qisminə aiddir (Folgerö və başqaları Norveçə qarşı iş, § 98) qərara alındı ki, valideynlərin öz dini və fəlsəfi əqidələri barədə ətraflı məlumatları məktəb rəhbərliyinə açıqlamaq məcburiyyətində qalmaları, hətta valideynlərin üzərinə öz əqidələrini açıqlamaq vəzifəsi qoyulmadıqda belə, Konvensiyanın 8-ci maddəsinin pozuntusunu təşkil edən hal sayıla bilər.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının Folgero və başqaları Norveçə qarşı işdə söhbət əsasən xristianlığın əsaslarının tədrisi üzərində qurulan məktəb kursundan uğursuz şəkildə azad olmağa çalışan uşaqlara və onların valideynlərinə aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsi ilə təminat verilən təhsil hüququnun pozulmasını tanıyıb.

Leave a Reply