Suraxanıda 12 yaşlı uşaq cinsi zorakılığa məruz qalıb

Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması faktı ilə bağlı cinayət işi başlanıb.

TIME Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Leave a Reply Cancel reply