Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 27 fevral 2022-ci il tarixində keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, imtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (Yasamal rayonu, Parlament prospekti, 7/11) inzibati binasında təşkil olunacaq.

Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.  İmtahanın keçiriləcəyi yer və saat barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini və COVID-19 peyvənd sertifikatını (və ya immunitet sertifikatı) təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma