Metro stansiyalarının iş vaxtı uzadılacaq

“Qarabağ” klubunun UEFA Konfrans liqası oyunu ilə əlaqədar üç metro stansiyasının iş vaxtı uzadılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevral ayının 24-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda meydana çıxacaq. AFFA və “Qarabağ” klubu qarşılaşmanın saat 21:45-də başlanması və gec saatlarda başa çatması ilə əlaqədar, metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlayıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna tamaşaçı marağı və daxil olmuş müraciət nəzərə alınaraq, metropolitenin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişinin bir qədər də uzadıla bilər. Sərnişinlər metropoliten hüdudlarında mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Fevralın 24-də “Gənclik” stansiyasının yaxınlığında keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər də görüləcək. Bu xüsusda futbol oyununun başlanma vaxtı ərəfəsində stansiya gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirlər nəzərə alınacaq. Xəttə çıxarılmaq üçün etiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsində çıxış edən “Qarabağ” futbol klubuna parlaq qələbə arzulayırıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma