“Azərpoçt”un kuryer xidməti ölkə ərazisini əhatə edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, vətəndaşlar tətbiq vasitəsilə şəxsi və biznes məqsədli göndərişlərini indi daha rahat şəkildə göndərə bilərlər. Müştərilərə sürətli, keyfiyyətli, eləcə də münasib qiymətə çatdırılma təklif olunur. Bununla yanaşı, istifadəçi təcili və ya adi kuryer xidmətlərindən birini seçməklə göndərişin nə zaman təyinat nöqtəsinə çatmasına özü qərar verir.

“Android” və “iOS” sistemli mobil cihazlar üçün nəzərdə tutulan tətbiqi “Apple Store” və “Play Market”dən yükləmək mümkündür:

“Android”: https://play.google.com/store/apps/details?id=production.azerpoct.customer

“iOS”: https://apps.apple.com/az/app/azerpost/id1592158829

Göndərişlər ölkədə sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə çatdırılır.

Kuryer xidməti ilkin mərhələdə yalnız Bakı şəhərində göstərilir, gələcəkdə isə onun bütün ölkəni əhatə etməsi planlaşdırılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma