Azərbaycan Ordusunun bölmələri atəşə tutulub

Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Ordusunun Füzuli  rayonunun  Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Ötən gecə saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Leave a Reply Cancel reply