Türkiyədə Azərbaycan turizm şirkətləri üçün təlim keçiriləcək

Azərbaycan turizm şirkətlərinin nümayəndələri mart ayında Türkiyədə təlim keçəcəklər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevralın 21-də Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində Azərbaycanın müxtəlif regionlardan seçilən turizm işçilərinin cəlb ediləcəyi Türkiyənin Antalya şəhərində təşkil olunacaq turizm üzrə təlim proqramının təqdimat tədbiri keçirilib.

Tədbir iştirakçıları Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Qarabağ iqtisadi rayonlarından olan hotellərdən qeydiyyat, qida və içki, təmizlik xidməti, kulinariya, insan resursları, inzibati işlər üzrə turizm xidmətləri sahəsində fəaliyyət göstərən işçilər, eləcə də turizm peşə təlimi sahəsində fəaliyyət göstərən qurumlarda çalışan və tədris edən təlimçi və mütəxəssislər arasından seçilib.

Layihə 2 mərhələdən ibarət olmaqla “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə ilk olaraq 21-25 fevral 2022-ci il tarixlərində Bakıda, daha sonra isə “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramı ilə 14-25 mart 2022-ci il tarxilərində Antalyada keçiriləcək.

İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin ikinci mərhələsi üçün seçilərək Türkiyə Millli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi tərəfindən təşkil olunacaq ikinci praktiki mərhələyə cəlb olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma