Gələcək müəllimlər üçün proqramlaşdırma təlimləri başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil Texnologiyalar Mərkəzində “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə “Gələcək üçün kod” adlı təlimlərə start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla əlaqədar Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, ADPU-nun rektoru Cəfər Cəfərov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova və universitetin digər nümayəndələrinin iştirakı ilə görüş keçirilib.     

Bildirilib ki, təlimlərin əsas məqsədi ADPU tələbələri arasında məktəblərdə informatika fənninin tədrisi üçün ixtisaslı kadrların hazırlanması, onlarda proqramlaşdırma, kodlaşdırma, o cümlədən bu kimi digər bilik və bacarıqların aşılanmasıdır. 

Təlimlərə informatika, riyaziyyat və informatika ixtisasları üzrə IV-V kurs tələbələri, o cümlədən SABAH qruplarının tələbələri cəlb olunub. 

Layihə çərçivəsində 300 tələbə arasından 166 nəfəri təlimdən keçmək üçün seçilib. Tələbələr may ayının sonunadək həftədə 3 dəfə olmaqla proqramlaşdırma bacarıqları üzrə, həftədə 2 dəfə olmaqla məktəb dərslərində əyani təcrübə keçəcəklər. Tələbələrə “Alqoritmika” beynəlxalq məktəbinin təlimçiləri tərəfindən təlimin keçirilməsi də nəzərdə tutulub. Təlimlərin mövzusu və proseslə bağlı tələbələr üçün 2 onlayn sessiya və sorğu təşkil edilib. 

Eyni zamanda təlimlərin təşkili  üçün “Alqoritmika” beynəlxalq məktəbi universitetin müvafiq kafedraları ilə birgə razılaşdırılmış təlim modulları hazırlanıb. 

Layihə çərçivəsində ADPU və Təhsil Texnologiyalar Mərkəzində informatika kabinetləri yaradılaraq ən müasir kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib. Bu isə öz növbəsində təhsilalanların ehtiyacları üçün münasib olan sürətli və  təhlükəsiz internetə çıxışın təmin olunmasıdır.

Qeyd edək  ki, ADPU  müxtəlif pillələr üzrə təhsil müəssisələrini vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsi olan   Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma