Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 24 fevral 2022-ci il tarixinədək tələb olunan sənədləri info@dim.gov.az  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər. 

Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Leave a Reply