“Elektron jurnal” layihəsinin tətbiqi genişləndirilir

Pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə bir sıra təlimlər həyata keçirilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, elektron jurnal və gündəlik platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edən təlimlərə 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları qatılıb. 

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən ölkənin seçilmiş təhsil müəssisələrində “e-Jurnal” layihəsinin tətbiqi prosesinə başlanılıb. 

Hazırda Bakı, Sumqayıt və 11 bölgəni əhatə edən 204 təhsil müəssisəsində elektron jurnal və gündəlik layihəsi tətbiq olunur. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma