CDMA şəbəkəsinin abunəçilərinə xəbərdarlıq edilib

“Baktelekom” (“Bakı Telefon Rabitəsi” MMC) CDMA şəbəkəsinin abunəçilərinə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 511 və 555 prefiksli simsiz telefon abunəçilərinin nəzərinə çatdırlıb ki, fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətin göstərilməsində fasilələr yaranacaq.

Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA – simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək. 

Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.

Leave a ReplyCancel reply