Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib

Prezident İlham Əliyev Rövşən Çingiz oğlu Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Nəcəf Dövlət Neft Şirkətinin Müşahidə Şurasından çıxarılıb.

Prezident İlham Əliyevin digər sərəncamına əsasən, Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Leave a Reply Cancel reply