Yeni nümayiş ediləcək filmlər arasında kriminal detektiv, macəralı döyüş filmi, komediya və animasiya filmi var.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi fevralın 10-dan etibarən nümayiş olunan məşhur filmlərin siyahısını açıqlayıb:
Aqata Kristinin Puaronun sərgüzəştlərindən bəhs edən eyniadlı kitabı əsasında çəkilən cinayət detektivi “Nildə ölüm”
Filmdə Kennet Brana yenidən məşhur detektiv Herkul Puaroya çevrilir, Aqata Kristinin belçikalı bir detektivin macəralarından bəhs edən başqa bir şah əsərini çəkir. Bu dəfə, öz tətilini unudub müəmmalı qətli araşdırmaq ehtiyacı, Nil boyunca lüks kruiz gəmisində istirahət edən Puaroya çatır.
“Ançarted: Xəritələrdə mövcud deyil” macəralı döyüş filmi
Filmdə iki rəqib – Neytan Dreyk və Viktor “Salli” Sallivanın mütəffiqlərə çevrilib dünyanın ən böyük xəzinəsini tapmaq üçün axtarışa başlayırlar. Onlar birlikdə tarixin ən böyük sirlərindən birini açacaqlar. Film bütün zamanların ən çox satılan və bəyənilən kompüter oyunlarından birinə əsaslanır.
“Mənimlə evlən” komediya melodramı
Filmdə məşhur müğənni toydan əvvəl nişanlısının onu aldatdığını öyrənir. Tam çaşqınlıq içində, elə çıxışı zamanı o, ilk gördüyü kişidən, riyaziyyat müəllimindən onunla evlənməsini xahiş edir.
“Terrakota keşikçiləri” animasiya filmi
Filmdə Sehrli Terrakotanın keşikçiləri və Oniksin sehrli varlıqları uzun əsrlərdir ki, yeraltı dünyasında bir-biri ilə müharibə aparırlar. Gənc Maqnus terrakota döyüşçüsü olmaq arzusundadır və bunun üçün Onikslərdən birini tutmalıdır. Maqnus sirli məxluqun axtarışına çıxır və Oniksi də axtaran gənc qız Ceyd ilə tanış olur. Qəhrəmanlar bir birilərinə aşiq olur və bədheybətlər işğalının əsl səbəbini tapmaq üçün birləşirlər.