Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına üzv qəbulu elan edilib

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla dövlət qurumlarının, biznes və qeyri-kommersiya tərəfdaşlarının əlaqələndirilməsi, beynəlxalq və yerli layihələrin idarə olunması məqsədilə təsis olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Federasiya 2022-ci il ərzində müvafiq dövlət, özəl və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır və müxtəlif layihələr, tədbirlər və digər fəaliyyətlər üçün hazırlıq və planlaşdırma işlərini həyata keçirir.

Bu məqsədlə, yaradıcılıq sənayesi və mədəniyyət biznesi (yaradıcı və mədəniyyət sənayeləri: ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatları Federasiyaya qoşulmağa və “Kreativ Azərbaycan” (https://creative.az) brendi altında yaradıcılıq və mədəniyyət iqtisadiyyatının inkişafına, eləcə də, ölkəmizin bu sahədə tanınmasına töhfə verməyə dəvət edirik.

Federasiyaya üzv olmaq üçün tələblər:

  • Fərdi şəxslər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan fərdi sahibkarlar, kreativ biznes peşəkarları, yüksək yaradıcı istedada malik şəxslər və s.;
  • Şirkətlər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi  və real fəaliyyəti olan özəl şirkətlər;
  • QHT-lər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi  və real fəaliyyəti olan QHT-lər, ictimai birliklər və fondlar.

Federasiyaya üzv olmaq istəyən fiziki və hüquqi şəxslərdən aşağıdakı əlaqə vasitələri ilə müraciət etmələri xahiş olunur. Təsdiq olunan müraciətçilərə üzvlük barədə bildiriş göndəriləcək.

Əlaqə:

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası

Bakı şəhəri, “Azure” Biznes Mərkəzi – 9-cu mərtəbə, 53-cü otaq

Tel: 055-206-70-88

E-mail: acif@creative.az    

Leave a Reply